Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistana virusla mübarizədə rus həkimlər kömək edəcək

Ermənistanda koronavirusla bağlı vəziyyət yaxşı deyil. İnfeksiyaya yoluxanların sayı 20 min nəfəri keçib. İndiyə qədər 360 nəfər həyatını itirib.

Bizimyol.info xəbər verir ki, Ermənistana virusla mübarizədə rus həkimlər kömək edəcək. Rusiya bir qrup həkimi ora göndərib. Çarter reysi ilə 8 həkim Ermənistana yola düşüb. Onlar özü ilə tibbi ləvazimatlar və fərdi qoruyucu vasitələr aparıb.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə 50 həkim gələcək. İyulun əvvəlində Rusiyadan yeni qrupun yola salınması nəzərdə tutulub.

Fransa və Litva da Ermənistana virusla mübarizədə kömək edir. Avropa ölkələrindən ora həkimlər gedib.

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun əvvəllərindəki açıqlamasında ölkədə koronavirusla bağlı vəziyyətin faciəvi olduğunu etiraf etmişdi. O, epidemioloji normaların pozulmasından şikayətlənmişdi. Paşinyan xəstəxanalarda yer qalmadığını, getdikcə vəziyyətin pisləşmə ehtimalının olduğunu bildirmişdi.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »