Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da atışma, ölənlər və yaralananlar var

ABŞ-ın Şimali Karolina ştatında avtomobil toqquşması və atışma nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, Şarlott şəhərində polisə avtomobil qəzası haqda məlumat daxil olub. Hadisə yerinə gedən polis əməkdaşları 5 nəfərin yaralandığını görüb. Bu zaman yüzlərlə insanın toplaşdığı meydanda atışma başlayıb. Nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb.

Şahidlərin sözlərinə görə, insanların kütləvi toplaşmasının səbəbi “Qulların azadlığı günün”nü qeyd etmələri olub.

Son xəbərlər
Bütün xəbərlər »