Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Baku Electronics" müştərini aldadıb - Diqqətli olun!

“Baku Electronics”dən Bizimyuol.info-ya şikayət daxil olub.Pənahov Azad Səməd oğlu zəng edərək bildirib ki, mağazadan 40-45 kvadrat metrlik kondisioneri endirimlə 599 manata alıb gətirib.

Bizimyol.info xəbər verir ki, gətirilib quraşdırılandan sonra kondisioner yetərli qədər sərinlətmədiyinə görə müştəri mağazaya şikayət edib. Elə mağazanın öz göndərdiyi usta bildirib ki, Azad Pənahova 40-45 kvadrat metrlik yox, 20-25 kvadrat metrlik kondisioner satılıb. Üstəlik, malı alarkən ondan kondisionerin quraşdırılacağı otağın ölçüsü barədə məlumat da soruşulmayıb, heç bir əlavə bilgi verilməyib. “Eləcə deyirlər ki, kondisioner quraşdırılan otağın qapısını pəncərəsini ört. 15 kvadratmetrlik balaca otaqdır. Onu da soyutmur”,- deyə şikayətçi bildirib. Yalnız bu gün, bir həftəlik get- gəldən sonra Azad Pənahovun şikayət ərizəsi mağaza tərəfindən qəbul edilib.

İstehlakçıya qarşı belə münasibət cinayət məsuliyyəti də yarada bilər. Çünki 40-45 kvadrat metrlik kondisionerlə 20-25 kvadratmetrlik kondisionerin ən azı 150 manat qiymət fərqi var

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »