Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada 2 il əvvəl qətl törədən Bakıda yaxalanıb

Ukraynada 2 il əvvəl qətl törədən və beynəlxalq axtarışda olan şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində 2018-ci ilin iyulun 3-də Ukrayna Respublikası Kiyev şəhərində yerləşən restoranlardan birində Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs Bakı şəhərində saxlanılıb. Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxaq axtarışda olan paytaxt sakini Yasin Həsənov tutulub.

Araşdırma zamanı məlum olub ki, Yasin Həsənovun qətlə yetirdiyi şəxslə əvvəlcədən ədavəti olub. Belə ki, 2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaraladığından sonuncu intiqam almaq məqsədi ilə bir neçə il sonra qeyd edilən hadisəni törədib.

Faktla bağlı Baş İdarədə Yasin Həsənov ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »