Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

“Koronavirus pandemiyası dönəmində Aərbaycanda onlayn ticarət, evdən idarə oluna bilən biznes sahələri, sifarişlərin çatdırılması kimi xidmət və ticarət sahələri inkişaf etdi”.

Bunu Modern.az-a açıqlamasında pandemiya dönəmində qazanc əldə edən sahələr haqqında danışarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, bütün bunlara baxmayaraq, pandemiyadan ziyan çəkən sahələr daha çox oldu:

“Sərt karantin rejimi tətbiq edildikdə bu sahələr də işləyə bilmədi. Ona görə, pandemiyadan ziyan çəkən sahələr istisnasız daha çoxdur”.

Ölkəmizdə İKT-nin inkişafına gəlincə isə ekspert düşünür ki, bu sahənin inkişafı ilə qısa müddətdə önə çıxmaq mümkün deyil:

“İKT elə bir sahədir ki, burada infrastruktur işləri olmalıdır. Yaxşı təhsilə, savadlı və təcrübəli mütəxəssislərə arxalanmalıdır. Ölkələr İKT-nin inkişafına bir neçə il sərf edirlər ki, müəyyən inkişaf əldə etsinlər. Azrbaycanda bu sahənin bünövrəsi möhkəm deyil, mütəxəssislər ordusu yoxdur. Yaxşı azərbaycanlı mütəxəssisləri dərhal Avropadakı, Amerikadakı şirkətlər “oğurlayıb” aparırlar. Ona görə də Azərbaycan bu sahənin inkişafı üçün hələ çox iş görməlidir”.

Paylaş »
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Erməni keşişlər Xudavəngdə alban-udilərin ibadətinə mane olmağa cəhd edib - Video
Son xəbərlər
Bütün xəbərlər »