Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcbari Tibbi Sığorta Agentliyindən maaşını ala bilməyən həkimlərlə bağlı açıqlama

Tovuzlu həkimlər dövlət başçısının ayırdığı əlavə vəsaiti ala bilməməkdən şikayətlənirlər

Bizimyol.info redaksiyasına həkimlərdən şikayət daxil olub. Tovuz rayonunun Qovlar qəsəbəsində çalışan təcili yardım briqadasının həkimi Aydın Mürsəlov zəng edərək bildirib ki, kornoavirusla mübarizə çərçivəsində dövlət başçısının həkimlərin əmək haqqına etdiyi artım onların briqadasına şamil edilməyib.

“Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradova müraciət etdik, dedi sizə düşmür. Bizim briqadada 4 ali təhsilli həkim var.Mən Mürsəlov Aydın, Bayramova Gülarə, Əhmədov Sabir, Abdiyev Eldar və bizim təcili yardım maşınlarının 4 sürücüsü, hər briqadanın tibb bacıları və feldşerləri olmaqla 17 nəfərik. Çağırış gələndə ilk biz gedirik, sonra lazım gəlirsə koronavirus üzrə ixtisaslaşmış həkim briqadasını yönləndirirk , gəlib yaxma götürürlər. Xəstələrlə ilk təması biz qururuq. Amma, baş həkim deyir, sizə artıq maaş düşmür”,- deyə həkim Aydın Mürsəlov bildirib.

İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova şikayətin dərhal araşdırılacağını bildirərək, Tovuz Rayon Mərkəzi Xəstəxanasına həmin şəxslərin hansı səbəblə siyahıya daxil olunmadığını öyrənmək məqsədilə sorğu göndərildiyini qeyd etdi.Həkimlərin gözlədikləri maaşı ala bilməmələri aşağıdakı kimi izah olundu:

Tovuz Rayon Mərkəzi Xəstəxanasından İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilən məlumata əsasən, adları qeyd edilən şəxslərin heç biri (Bayramova Gülarə, Əhmədov Sabir və Abdiyev Eldar) koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində yaradılan təcili yardım briqadalarının tərkibində iştirak etməyiblər. Onlar digər təcili və təxirəsalınmaz tibbi çağırışlar üzrə tibbi xidmət göstəriblər.

Nazirlər Kabinetinin qərarına əsasən müddətli əlavələr koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə şamil olunur. Agentlik tibb müəssisələrindən göndərilən siyahılara uyğun olaraq iş gününə/saatına mütənasib müddətli əlavələr ödəyir.

Paylaş »
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Paşinyan: “44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
Son xəbərlər
Bütün xəbərlər »