Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsraildə koronavirusu 99 faiz öldürən maska hazırlanıb

İsrail alimləri virusları 99 faiz öldürən parçadan maska hazırlayıblar. Mütəxəssislərin bəyanına görə, maskalara dəfələrlə yuyulduqdan sonra da virusdan uğurla qorumağa davam edir. Laborator testlər bu nəticəyə gəlməyə əsas verib.

Bizimyol.info-nun məlumatına görə, Sonovia şirkətinin istehsalı olan çoxdəfəlik antivirus maskalar sink nanohissəcikləri ilə örtülüb ki, bu hissəciklər bakteriya, göbələk və virusları uğurla məhv edir.

Şanxayda Microspectrum (Weipu Jishu) laboratoriyasında aparılmış sınaqlar göstərib ki, maskalarda istifadə olunan yuyulan parça koronavirusu 90 % məhv edib.

Sonovia şirkətinin texniki direktoru Liat Qoldhammer bildirib ki, tezliklə bu parçadan xəstəxana personalı üçün qoruyucu paltar tikiləcək.

Almaniyanın Bruckner və Weber Ultrasonics istehsal şirkətləri, eləcə də ABŞ və Almaniya xəsətxanaları artıq Sonovia ilə saziş bağlayıblar.

Sonovianın satış üzrə vitse-prezidentiAsaf levi bildirib ki, şirkət Amerika və Asiya investorları ilə fond bazarında iştiraka dair danışıqlar aparır.

İlhamə Rəsulova

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »