Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şüvəlanda narkotik bitkilər becərən şəxs saxlanılıb

Xəzər rayonunda narkotik bitkilər əkib-becərən şəxs saxlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Xəzər rayonu Şüvəlan qəsəbəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən qəsəbə sakini Baloğlan Babayev saxlanılıb. Ona məxsus evin həyətinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 64 kiloqram 269 qram olan 117 ədəd çətənə kolu, 81,781 qram qurudulmuş marixuana və 45 qram çətənə bitkisinin toxumu aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, Baloğlan Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri semilib.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »