Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göygöl rayon Məşğulluq Mərkəzinin direktoru işdən çıxarılıb

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Göygöl rayon Məşğulluq Mərkəzinin direktoru Nazim Cəfərovun işdən azad edilməsi barədə yayılan məlumat doğrudur. Həmin vəzifəyə Gəncə şəhər Kəpəz rayon Məşğulluq Mərkəzinin direktor müavini Rəfat Məmmədov təyin edilib".

Bunu APA-nın sorğusuna cavabında Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, Nazirliyin fəaliyyət sahələrində aparılan köklü islahatlar bu sahələrdə idarəetmə və əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın təminatına, inzibatçılığın təkmilləşdirilməsinə, sosial proqramların uğurlu icrasına, sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin səmərəli təşkilinə xidmət edir.

Öz fəaliyyətini bu islahatlara uyğun qura bilməyənlər, tapşırılan vəzifəni tələb olunan səviyyədə yerinə yetirməyənlər, xüsusilə vətəndaşlara xidmət sahəsində ciddi nöqsanlara yol verənlər yeni kadrlarla əvəz edilirlər.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı
Son xəbərlər
Bütün xəbərlər »