Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Abşeron Rayon İcra Hakimiyyətindən açıqlama: “Hazırda müavinlərin hər biri iş başındadır”
Abşeron rayon icra hakimiyyeti

“Bir neçə kütləvi informasiya vasitəsində Abşeron Rayon İcra Hakimiyyətinin binasında əməliyyat axtarış tədbirləri həyata keçirilməsi və müavinlərin həbs olunması barədə məlumatlar dərc edilib. Abşeron RİH-nin mətbuat ximəti olaraq bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. RİH binasında əməliyyat həyata keçirilməyib və müavinlər həbs olunmayıb. Hazıra müavinlərin hər biri iş başındadır”.

Bu barədə Bizimyol.info-ya Abşeron RİH-nin mətbuat ximətindən bildirilib.

Qeyd edilib ki, məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayaraq bilirdir ki, bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılmışdır: “Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur”.

Ramid İbrahimov

Paylaş »
››› Naməlum ölkə Azərbaycanı Rusiya bazarından kənarlaşdırır
››› Ağsaqqallar Şurasının sədri vəzifəsinə namizədin adı məlum oldu
››› İ.Ağazadə Güney azərbaycanlılara səsləndi: "O maşınları durdurun!" - Video
››› Erməniləri Qarsda qəbul edən bələdiyyə başçısı həbs edildi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »