Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Administrasiyasının şöbə müdiri təkrar testdən keçdi

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın profilaktik baxımdan verdiyi koronavirus (COVID-19) testinin ilkin nəticəsi müsbət olub.

"Qafqazinfo" xəbər verir ki, TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın sözlərinə görə, Fərəh Əliyevadan tibbi protokola əsasən təkrar test götürülüb və təkrar testin nəticəsi neqativ olub.

COVİD-19 üçün götürülən ilkin testin nəticəsi müsbət olduğundan o, tibbi protokola əsasən, 14 gün müddətində ev şəraitində izolyasiyaya alınıb.

Hazırda Fərəh Əliyevanın vəziyyəti stabildir, səhhəti ilə bağlı hər hansı bir şikayəti, xəstəlik simptomları qeydə alınmayıb.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »