Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda böyük müharibə yaxınlaşır - Rusiya mediası

Qafazda böyük müharibə başlaya bilər. Azərbaycan və Ermənistan arasında münaqişə demək olar ki, 30 ildir davam edir. Bu münaqişə yenidən alışmağa və tammiqyaslı müharibəyə çevrilməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Həftənin arqumentləri” (Arqumenti nedeli) nəşri yazıb.

Nəşr qeyd edir ki, hələlik münaqişə çürüyür, regionda şərti barışığa riayət olunur, informasiya sakitliyi müşahidə olunur: “Dağlıq Qarabağ məsələsi xəbərlərdə əsas gündəm olmur. Buna görə də çoxları artıq hər şeyin çoxdan bitdiyini düşünür, əslində isə Dağlıq Qarabağda müharibə davam edir”.

“Arqumenti nedeli” münaqişə ətrafında baş verənlər və gözləntilərlə bağlı “Dağlıq Qarabağda müharibənin hüquqi tərəfi” elmi işinin müəllifi Sədat Quliyevin fikirlərini öyrənib.

Münaqişənin tarixi, Ermənistanın Azərbaycan torpaqlarının işğalına necə nail olduğu haqda danışan S. Quliyev hesab edir ki, hazırda mövcud vəziyyət pisləşməyə doğru gedir, xüsusilə 2018-ci ildən sonra.

“Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımağı tələb edir, Azərbaycan ərazi bütövlüyünün təmin edilməsini, hərçənd, Qarabağa muxtariyyət də verməyə hazır idi. İndi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. Bakının mövqeyi dəyişməyib, dəyişən İrəvanın möveyidir. 2018-ci ilə qədər Ermənistan prezidentləri istəyirdilər ki, Azərbaycan yalnız Dağlıq Qarabağın müstəqilliyini tanısın, qalan yeddi rayon isə Azərbaycana qaytarılmalıdır, çünki bu ərazilər Azərbaycanındır. İndi Ermənistan ümumiyyətlə ərazilərin qaytarılmasını müzakirə etmək istəmir. Azərbaycanın mövqeyi dəyişməyib. Ermənistan 2018-ci ilə qədər anlayırdı ki, işğal edilmiş rayonları qaytarmalıdırlar. 2018-ci ildə Ermənistanda baş nazir əsas səlahiyyətli şəxsə çevriləndən, idarəçilik sistemi dəyişəndən sonra İrəvanın Qarabağı da, ətraf rayonları da qatarmaq istəmədiyi fikri önı sürüldü. İndi ermənilər bu ərazilərdə fəal şəkildə məskunlaşırlar. Əgər müharibəyə qədər orada 145 min erməni yaşayırdısa, indi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın bütün ərazisində 150 mindən çox erməni yaşayır”, - o bildirib.

S.Quliyev qeyd edir ki, Suriyadan, Liviyadan 150 min erməni Qarabağa köçürülüb.

“Deyəsən, hər şey böyük müharibəyə doğru gedir. Hələki, böyük güclər münaqişənin eskalasiyasına imkan vermir, amma yara qanayır, 2016-cı ildə olduğu kimi böyük eskalasiya gec-tez olacaq”, - Quliyev nəşrə danışıb.

Son xəbərlər
Bütün xəbərlər »