Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin qonşu ölkələrə qarşı ərazi iddiası ilə bağlı deputatdan açıqlama

Dünən Rusiya Federasiyasının prezidenti Vladimir Putin Sovet İttifaqının tərkibinə qatılmış respublikaların çoxuna Rusiyanın geniş əraziləri bəxş etdiyini və bu torpaqların geri qaytarılmalı olduğunu söyləyib. Putinin bu açıqlaması kənardan baxınca Rusiyanın yeni ərazi iddiaları və hansısa torpaqlar üzərində savaş siqnalları kimi səslənir.

“SSRİ-nin tərkibindən çıxanda bu respublikalar həmin torpaqları geri qaytarmalıydılar, özləri ilə rus xalqının hədiyyəsini də dartıb aparmamalı idilər”,- deyən Rusiya prezidenti bu açıqlama ilə nə demək istəyir, bu bəyanat gələcək torpaq iddialarının və konfliktlərin ilk siqnallarıdırmı?

Bizimyol.info-nun bu sualını cavablandıran Milli Məclisin deputatı Nəsib Məhəməliyev hesab edir ki, bu Rusiya prezidentinin diplomatik gedişidir.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

“Rusiya Prezidentinin bu barədə dedikləri fikirlərlə tanış deyiləm. Əgər cənab Putin belə fikirlər səsləndiribsə, yaxşı olardı ki, jurnalistlər onun özündən dəqiqləşdirsinlər, söhbət konkret olaraq hansı respublikalardan gedir. Əvvəllər Rusiyanın ayrı-ayrı siyasətçiləri Ukrayna Respublikasının cənub-şərq reqionlarının, Qazaxıstanın şimal-şərq, Baltikyanı Respublikaların müəyyən hissəsinə aid olan bəzi ərazilərin Rusiya torpaqları olduğuna dair iddialar səsləndirmişlər. Ancaq rəsmi dövlət səviyyəsində heç vaxt belə iddialar qaldırılmayıb və düşünmürəm ki, nə vaxtsa qaldırılsın. Bu bir diplomatik gediş ola bilər. Çünki, son vaxtlar bəzi respublikalarda, keçmiş SSRİ-ilə bağlı iqtisadi məhkəmə iddialarına baxılması üçün fikirlər səsləndirilir. Azərbaycana gəldikdə isə, əksinə ölkəmiz, 1922-ci idə Sovetlər İttifaqı qurulan zaman malik olduğu ərazilərin 20 faizini itirmişdir və SSRi dağılanda bir kv. metr də olsa yeni ərazi əldə etməmişdir. Rusiya Prezidentinin bu açıqlamaları isə, gələcək torpaq iddiaları üçün siqnal rolunu oynamasının heç bir əsası yoxdur. Hesab edirəm ku, cənab Putin hamıdan gözəl başa düşür ki, SSRİ-nin bərpası qeyri-mümkündür və bunu özü dəfələrlə qeyd edib”,- deyə cənab deputat bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »