Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısının müavinləri və qohumu tutuldu - İddia

Bu dəqiqələrdə Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) binasında korrupsiyaya qarşı xüsusi əməliyyat keçirilir.

"BakuPost"un məlumatına görə, bu barədə jurnalist Eynulla Fətullayev məlumat yayıb. Məlumata görə, əməliyyat zamanı İcra Hakimiyyətinin bir sıra yüksək vəzifəli məmurları saxlanılıblar.

O qeyd edib ki, Abşeron rayon icra hakimiyyəti başçısının ətrafını, memarlıq işçilərini, hətta qohumunu da saxlayıblar. "Əməliyyatı Baş Prokurorluq həyata keçirir".

İddiaya görə, əməliyyat zamanı rayon rəhbəri İradə Gülməmmədovanın bütün müavinləri saxlanılıb.

Təfərrüatlar barədə məlumat daha sonra açıqlanacaq.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat Xidməti keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın veriləcəyini bildirib.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
Son xəbərlər
Bütün xəbərlər »