Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DGK: “Samur” gömrük postunda 217 ədəd mobil telefonlar aşkar edilib

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Rusiya Fedserasiyasından ölkəmizə qaçaqmalçılıq yolu ilə xeyli sayda mobil telefonların gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.

Bizimyol.info xəbər verir ki, bu barədə  DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Həmin məlumat əsasında   Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən  Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal nəzarəti xəttəinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Cavadov Əlyar Sərdar oğlunun idarə etdiyi “SCANİA R420” markalı, 99 UR142/42ZA485 dövlət  qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisindən gömrük nəzarətindən gizlədilən, polietilen paketlərə sarınmış şəkildə 202 ədəd  müxtəlif versiyalı  “iPhone 11”  markalı və 15 ədəd “Samsung S20” markalı, ümumilikdə 217 ədəd mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »