Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcazələrin fəaliyyəti yenidən altivləşdirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarı əsasında “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti yenidən aktivləşdirilib.

Qeyd olunan ərazilərdə 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.

Məhdudiyyətlərin ilk günündə əməkdaşlar üçün icazənin alınması ilə bağlı 47427 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üzrə 690330 aktiv icazə qüvvədədir.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 511419 SMS göndərilib ki, bunlardan da 149177-si, yəni 29 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 99.4 faizi 1 dəqiqə ərzində cavablandırılıb.

Paylaş »
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »