Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspertdən deputata irad: “Ali təhsil müəssisələri ƏDV-dən azad olunub”

“Milli Məclisin deputatı Erkin Qədirli parlamentdə çıxış edərkən ali təhsil müəssisələrinin əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı təklif verib. Eyni məzmunlu çıxışını təmsil olunduğu hüquq sahəsinə aid müvafiq komitələrdəki müzakirələrdə də əvvəlcə səsləndirdiyi görünür.

Nə köhnə və təzə deputatlardan, nə də REAL-dan bir nəfər də Erkin bəyə deməyib ki, nəinki ali təhsil müəssisələri, ümumiyyətlə ödənişli təhsil xidmətlərinin göstərilməsi illərdir ƏDV-dən azaddır”.

Bizimyol.info xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin sabiq əməkdaşı, iqtisadçı-maliyyəçi Qulu İbrahimli bildirib.

Qulu İbrahimli Qulu İbrahimli

Ekspert parlamenti qanunlardan xəbərləri olmayan parlament adlandırıb: “ Vergi Məcəlləsini parlament qəbul etdiyini nəzərə alsaq, deməli, deputatların özlərindən də xəbərləri yoxdur. Erkin Qədirli hələ savadlı hesab etdiklərindəndir.

Bu parlament tərkibi haqqında əvvəldən mövqeyim belədir ki, ordakı köhnə və təzə deputatların əksəriyyəti ömürlərində bir qanunu, normativ-hüquqi aktı əvvəldən axıradək oxumayıblar - nə deputat olanadək, nə də deputat olandan sonra!”

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Niyə Yerevanda erməni hərbi əsirlərin Bakıda parada çıxarılacağından qorxurlar?
Son xəbərlər
Bütün xəbərlər »