Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış həkim: Virusu bu insanlar yayır...

“Tədqiqat göstərmişdir ki, bütün yoluxan və virus gəzdirənlərin cəmi 20%-i virusu sürətlə yayır. Qalan 80% insan virusu bir-birindən yox, məhz o 20% super paylayıcıdan alıbmış. Bu insanlara super paylayıcılar deyilir. Həmin insanlar immun zəif və simptomatik insanlardır”.

Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

Həkim bildirib ki, immun zəif insanların bədənində virus daha sürətlə artır və nəfəsində virus daha çox olur: “Bəs simptomatik xəstələr niyə çox yayır? Çünkü onlarda temperatura görə metabolizm sürətlənib, yəni virus istehsalı da yüksəlib. Həm onlar bir dəqiqə ərzində daha çox nəfəsvermə aktı icra edir.

İmmun zəiflikdən əlavə, bəzi yerlərdə bütün virus gəzdirənlər müvəqqəti də olsa super paylayıcıya çevrilirlər. Qapalı, ventilyasiyası zəif olan mühitdə, insanların çox toplaşdığı yerdə və çox yaxın kontakt zamanı adi virus gəzdirənlər super spreaderlərə çevrilir”.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »