Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Liviyaya qarşı müharibə hazırlığı – Baş nazir generalla görüşdü

Liviya Baş naziri Fəyaz Sərrac Sirtə-Cufra Hərbi Dairəsinin komandanı general İbrahim Əhməd Beytülmalla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Misirin Liviyaya hərbi müdaxilə planları müzakirə edilib.

Görüşün Misir Silahlı Qüvvələrinin sözügedən bölgəyə ehtimal olunan hərbi müdaxilələrinə hazırlıq xarakteri daşıdığı bildirilib.

Misir Prezidenti Əbdülfəttah Sisi bundan əvvəl ehtiyac olacağı təqdirdə, Misir ordusunun ölkə sərhədlərindən kənarda hərbi əməliyyatlara başlayacağını demişdi: “Sirtə və Cufra bizim üçün “qırmızı xətt”dir. Liviyanı liviyalılar qoruyacaq. Kömək istəsələr, dəstək verməyə hazırıq”.

Liviya hökuməti və müttəfiqi Türkiyə Sisinin bu açıqlamasını savaş elanı kimi qəbul etdiyini açıqlayıb.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »