Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Con Bolton prezident seçkilərində nə Trampa, nə də Baydenə səs verəcək

“Noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampa səs verməyəcəyəm”.

APA-nın xəbərinə görə, bunu ABŞ Prezidenti D. Trampın Milli Təhlükəsizlik Məsələləri üzrə sabiq müşaviri Con Bolton ABC telekanalına müsahibəsində deyib.

“Mən düşünmürəm ki, o, prezident olmalıdır. Düşünmürəm ki, o, ofis üçün yararlı biridir. Düşünmürəm ki, o, işi icra etmək qabiliyyətinə malikdir. Düşünmürəm ki, o, mühafizəkar respublikaçıdır. Noyabrda ona səs verməyəcəyəm. Əlbəttə ki, Co Baydenə də səs verməyəcəyəm. Səs vermək üçün başqa bir mühafizəkar respublikaçı müəyyənləşdirəcəyəm”, - deyə o bildirib.

C. Bolton qeyd edib ki, D. Tramp administrasiyasına qoşularkən onunla bağlı bəzi hekayələrin təhrif olunduğunu düşünüb.

“Lakin bunun həqiqət olmadığı ortaya çıxdı”, - deyə C. Bolton vurğulayıb.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
Son xəbərlər
Bütün xəbərlər »