Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya, ABŞ və İtaliyada təhsil alan Azərbaycan hərbçiləri Vətənə gətirilib

"Bizim xarici ölkələrdə, dünyanın aparıcı hərbi məktəblərində təhsil alan minlərlə kursant və zabitlərimiz var".

"Report" xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun pandemiya dövründəki fəaliyyəti, əsgərlərin səhhəti və döyüş ruhu ilə bağlı sualı cavablandırarkən deyib.

O, "Real" televiziyasına müsahibəsində bildirib ki, təkcə Türkiyədə Azərbaycanın 1000-ə yaxın hərbçisi təhsil alır: "Türkiyədə problem yoxdur. Türkiyə Silahlı Qüvvələrində COVID-19-la bağlı çətinlik yaşanmır. Hətta mən Türkiyənin Milli Müdafiə naziri ilə də telefonla danışmışam. O, maraqlandı və köməyini təklif etdi, mən də bizdə hər şeyin qaydasında olduğunu dedim və minnətdarlığımı bildirdim. Biz Türkiyədə oxuyan şəxsi heyətimizə dəymədik, çünki onlar orada təhsilini davam etdirirlər.

Bundan əlavə, Çin Xalq Respublikasında bizim çoxsaylı kursant və zabitlərimiz var. Orada da heç bir problem yoxdur, onlar da təhsilini davam etdirirlər. Rusiya Federasiyasında isə təhsil alan kursant və zabitlərimiz ilə bağlı əvvəl problem yox idi, amma koronavirusa yoluxma halları orduda başladıqdan sonra Rusiya tərəfi bizə müraciət etdi. Biz də 200-ə yaxın kursant və zabitlərimizi Rusiyadan Azərbaycana gətirdik. Onların arasında iki nəfərdə şübhə var, müalicələri davam etdirilir. Bundan əlavə, bizim hərbi təyyarəçilərimiz orada müasir təyyarələrlə uçuşlarını davam etdirirlər. Bu yaxınlarda mənim Rusiyanın müdafiə naziri ilə də danışığım olub. Onlar da təhsilini davam etdirirlər".

"Eyni zamanda, İtaliyadan təxliyə olunan kursant və zabitlərimiz də ölkəmizdə karantinə alındı. Karantin müddəti bitəndən sonra onlarda heç bir koronavirus faktı aşkarlanmadı və hazırda onlar xidmətini, təhsilini davam etdirirlər. Daha sonra ABŞ-dan təxliyə olunan kursant və zabitlərimiz karantinə alındı. Fəaliyyətimizi Nazirlər Kabineti yanında Operativ Qərargahla sıx qarşılıqlı əlaqədə davam etdiririk. Çalışırıq ki, Azərbaycan Ordusunu koronavirusdan qoruyaq" - Müdafiə naziri bildirib.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »