Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusla bağlı Azərbaycan Ordusundakı durum açıqlandı

"Koronavirus dünyəvi bir problemdir. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunda dərhal karantin tədbirləri həyata keçirildi. Ali Baş Komandanın tapşırığı ilə bütün şəxsi heyət - əsgərlər, zabitlər karantinə alındı, hərbi hissələrə giriş-çıxış məhdudlaşdırıldı. Hətta təminata gedən texnikalar dezinfeksiya olundu".

"Report" xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun pandemiya dövründəki fəaliyyəti, əsgərlərin səhhəti və döyüş ruhu ilə bağlı sualı cavablandırarkən deyib.

"Şəxsi heyət gün ərzində 3 dəfə termometriya edilir. Eyni zamanda bizim laboratoriyalarımız var və analizləri də özümüz aparırıq. Bu məsələdə bizə Dövlət Təhlükəsizliyi Xidməti böyük dəstək oldu.

Ümumiyyətlə, Ali Baş Komandan orduda gedən prosesləri ciddi nəzarətdə saxlayır. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyeva da orduda gedən məsələləri ciddi nəzarətdə saxlayır, göstərişlər verir, dəstək olur. Pandemiya ilə mübarizədə də belə oldu.

Şəxsi heyət arasında görülən tədbirlər nəticəsində xəstələnmə faktı yox idi, amma karantin tədbirləri yumşalandan sonra gediş-gəliş başladı və çağırış həyata keçirildi. Çağırışçılar arasında bir-iki fakt qeydə alındı".

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
Son xəbərlər
Bütün xəbərlər »