Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin nəvələri ilə az ünsiyyətdə olduğunu etiraf edir

Rusiya prezidenti Vladimir Putin nəvələri ilə telefonla əlaqə saxlayır. Amma dövlət başçısı etiraf edir ki, onlarla az ünsiyyətdə olur.

Bizimyol.info xəbər verir ki, Putin bir müddət əvvəl nəvələrinin birbaşa Kremlə zəng vurmaq imkanlarının olduğunu bildirmişdi. Bu dəfə isə “Rossiya 1” telekanalına müsahibəsində çox ünsiyyətdə olmadıqlarını dilə gətirib.

2017-ci ildə məşhur rejissor Oliver Stounla söhbətdə Rusiya rəhbəri məhz bu məsələdən gileylənmişdi. Prezident vaxt çatışmazlığından danışmışdı. Putin onda qızlarından da bəhs etmişdi. Demişdi ki, siyasətdən uzaqdırlar, bizneslə məşğuldurlar. Putinin həmin il ikinci nəvəsinin doğulduğu bildirilir.

Mariya Vorontsova və Katerina Tixonovanın Putinin qızları olduğu iddia edilir. Prezident mətbuatın qızları ilə bağlı suallarından yan ötməyə çalışır. Keçən il BBC Vorontsovanın şirkət rəhbəri olduğunu yaymışdı. Ayrı-ayrı məmurlar onun səhmdarlarından olduğu “Nomeko”nun hesabına 40 milyard rubldan çox (təxminən 600 milyon dollar) vəsait köçürüb. Almaniya Demokratik Respublikasında doğulan Katerina Tixonova da dəyəri yüzmilyonlarla ölçülən layihələr üzərində işləyir. Putinin qızları ilə son şəkli 2002-ci ilə aiddir.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »