Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada azərbaycanlılarla dağıstanlılar arasında kütləvi dava olub

Rusiyanın Norilsk şəhərində azərbaycanlılarla dağıstanlılar arasında kütləvi dava baş verib. Krasnoyarsk vilayətinin polis idarəsi bununla bağlı məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, hadisə iyunun 20-da axşam saatlarında olub. Davada 100-ə qədər insan iştirak edib. Hadisə yerinə gələn polislər həm azərbaycanlıların, həm də dağıstanlıların bir çoxunu həbs edib. Amma oradan qaçıb uzaqlaşanlar da olub. Polis həmin şəxsləri axtarır.

Polis idarəsinin məlumatına görə, dava məişət zəminində baş verib. Xəsarət alanlarla bağlı məlumat verilmir.

Əsası 1935-ci ildə qoyulan Norilskin əhalisi 180 min nəfərdən çoxdur. Ruslardan sonra burada ən çox tatarlar, ukraynalılar, azərbaycanlılar və osetinlər yaşayır.

Paylaş »
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
Son xəbərlər
Bütün xəbərlər »