Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 500 dollardan çox valyuta alanlar nəzarətə götürülür

Azərbaycanda valyuta alışı ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Artıq Mərkəzi Bank kommersiya banklarına uyğun təlimat da göndərib. Bu haqda iqtisadçı Rövşən Ağayev sosial mediada məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda 500 dollardan çox alanlar nəzarətə götürülür. Onlar özləri və gəlirləri haqqında ətraflı məlumat verməli, valyuta alarkən bununla bağlı blank doldurmalıdır. Blankda ad-soyaddan başqa, vəsaitin mənbəyi və valyuta alınmasının məqsədi də qeyd edilməlidir.

Rövşən Ağayev Rövşən Ağayev

Bundan başqa, 20 min manat ekvivalentindən yüksək məbləğdə xarici valyuta alan şəxslər Maliyyə Monitorinq Xidmətinin nəzarət siyahısına düşəcək.

Rövşən Ağayev yeni qaydaları məntiqli saymadığını yazıb: “Dollar almaqla mənzil və ya avtomobil almağın arasında niyə fərq olsun ki? Hər ikisi aktiv deyilmi? Qanunsuz yolla qazandıqları para ilə məmur balasını 150 min dollarlıq maşın alanda, 500 min dollarlıq villa tikəndə pulun mənbəyilə bağlı sorğu-sual etməyə niyə ehtiyac olmasın ki? Oğurlayıb bahalı maşın almaq olar, dollar yox? Siz belə fərqli yanaşmada məntiq görürsünüzmü?”

Sosial mediada müzakirə zamanı Mərkəzi Bankın təlimatından devalvasiya qoxusu gəldiyini yazanlar çoxdur. Rövşən Ağayev fərqli düşünür. Onun fikrincə, Mərkəzi Bank bu yolla mümkün devalvasiyanın qarşısını almağa çalışır.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı
Son xəbərlər
Bütün xəbərlər »