Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın Rusiyadakı səfirliyi piketlə bağlı məlumat yaydı

Cari ilin 21 iyun tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin inzibati binasının qarşısında Rusiya Federasiyasının iki nəfər azərbaycanlı vətəndaşı Rövşən Əliyev və Tural Mehdiyev piket keçiriblər.

Səfirlikdən “Report”a verilən məlumata görə, piketin keçirilməsində məqsəd Rusiya-Azərbaycan sərhədində baş vermiş məlum insidentlə bağlı öz mövqelərini bildirmək olub. Piket iştirakçıları Səfirliyin binasına dəvət olunub və Səfirliyin müşaviri Cavid Nəbiyev onlarla görüşüb.

Söhbət əsnasında məlum olub ki, adları qeyd edilən şəxslərin yaşanmış hadisə, ümumiyyətlə sərhəddə toplaşan insanların Azərbaycana qaytarılması prosesi, həmçinin Səfirlik, Azərbaycan Respublikasının Xarici və Daxili işlər nazirlikləri tərəfindən bu istiqamətdə görülmüş işlər haqqında yetərincə məlumatları yoxdur.

Səfirliyin nümayəndəsi bildirib ki, baş verən xoşagəlməz olayla bağlı Azərbaycan tərəfi təəssüfünü ifadə edib və bu məsələni diqqət mərkəzində saxlayır.

"Hal-hazırda Azərbaycanın səlahiyyətli nümayəndələri Dağıstandadırlar və yerli hakimiyyətlə bir yerdə orda toplaşan vətəndaşların tez bir zamanda ölkəyə qaytarılması üçün zəruri addımlar atmaqdadırlar. Bildirilib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyin sözçüsü Leyla Abdullayevanın və Səfir Polad Bülbüloğlunun Rusiyadakı Azərbaycan vətəndaşlarına bütün mümkün olan vasitələrlə, o cümlədən Rusiya və Azərbaycan televiziya kanalları, saytları, diaspor təşkilatlarının vasitəsi ilə çoxsaylı müraciətləri olub.

Müraciətlərdə Rusiya-Azərbaycan sərhədinə getməməyə, orada toplaşmamağa dair çağırışlar edilmişdir. Buna baxmayaraq vətəndaşlarımızın bir qismi edilən çağırışlara məhəl qoymayıb və sərhədə gediblər. Bununla da yerli və Azərbaycan hökuməti və ilk növbədə özləri üçün əlavə problemlər yaradıblar. Onlar indi də ora getməkdə davam edirlər. Problemin bir tərəfi də ondan ibarətdir ki, hər həftə 100-130 nəfər buraxılır, onların yerinə isə sərhədə yeniləri gəlirlər. Bununla da problem daha da ciddiləşir və ağırlaşır. Hamıya bir daha bildirmək istəyirik ki, qəbul edilmiş qərara əsasən Azərbaycan sərhədləri 01 avqust tarixinədək bağlı qalacaqdır.

Səfirlik və bütün əməkdaşları öz səlahiyyətləri çərçivəsində nə mümkündürsə edirlər. Səfir Polad Bülbüloğlu Rusiyanın Xarici işlər nazirliyinin müvafiq departamenti, Dağıstan Respublikasının rəhbərləri, Məhərrəmkənd və Dərbənd rayonlarının icra başçiları, yerli diaspor fəalları ilə daim təmasdadır".

Vurğulanıb ki, bu gün Dağıstanda yeni növ koronavirusla bağlı vəziyyətin ağır olmasına baxmayaraq, Dağıstan rəsmiləri və əhalisi orada toplaşan vətəndaşlarımıza öz köməkliyini əsirgəmirlər.

"İki aydan artıqdır ki, onlara yardım edirlər. Bununla belə dövlət rəsmilərinə, yerli polislərə daş atmaq, onlara məxsus nəqliyyat vasitələrinə ziyan vurmaq ən azı naşükürlükdür və bütün edilən yaxşılıqları dəyərsizləşdirir. Təbii ki, dövlət qurumu olaraq biz inanmırıq ki, Azərbaycan vətəndaşları onlara yardım əli uzadanlara daş atsın. Əminik ki, bu insident sərhəddə olan vətəndaşlarımızı qeyri-qanuni addım atmağa sövq etmək üçün məqsədyönlü şəkildə təşkil olunmuş təxribatdır.

Piket iştirakçıları Səfirlik tərəfindən qəbul edildiklərinə və onlara ətraflı məlumat verildiyinə görə təşəkkürlərini bildirib və sərhəddə toplaşan Azərbaycan vətəndaşlarının çox tez bir zamanda vətənə qaytarılacaqlarına ümid etdiklərini söyləyiblər".

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »