Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyada COVID-19-a yoluxanların sayı 304 mini ötdü

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 42 632 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, krallıq ərazisində bir gün ərzində koronavirus qurbanlarının sayı 43 nəfər artıb.

Son sutkada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 1 221-dir. Bununla da Britaniyada COVID-19-a yoluxanların ümumi sayı 304 331 nəfərə çatıb.

Məlumata görə, ötən gün krallıq ərazisində virusdan ölənlərin sayı 128 nəfər təşkil edib, 1 295 nəfər COVID-19-a yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı
››› İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Son xəbərlər
Bütün xəbərlər »