Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Klinika koronavirus testi ilə bağlı açıqlama yaydı

Referans Klinik Labaratoriya Mərkəzi vətəndaşın COVID-19 testinin cavabı ilə bağlı açıqlama yayıb.

Klinikadan "Qafqazinfo"ya daxil olan açıqlamada deyilir:

“Referans Klinik Labaratoriya Mərkəzi olaraq pandemiya dövrü elan olunduğu ilk gündən etibarən virusla mübarizəyə aktiv dəstək olmaqdayıq. Laboratoriyamızın texniki bazasının, avadanlıq təchizatı üzərində aparılan kontrol yoxlamalar əsasında mərkəzimiz TƏBİB tərəfindən COVID-19 testinin aparılması üçün akreditə olundu və bunun əsasında ilk günlərdən etibarən mərkəzimizdə COVID-19 testləri aparılmaqdadır. TƏBİB ilə əməkdaşlıq daxilində Mərkəzimizdə aparılan bütün test nəticələri pasiyentə təqdim olunmadan öncə birbaşa olaraq TƏBİB-in pasiyent məlumatları bazasına yönləndirilir, yalnız bundan sonra pasiyentin nəticəsinin pozitiv olması aşkarlandığı haqqında məlumat, növbəti mərhələdə aparılacaq işlərə cavabdeh olan TƏBİB-in əməkdaşları tərəfindən ən qısa zamanda məlumat verilir, pasiyent müalicə üçün xüsusi ayrılmış tibb müəssisələrinə yönləndirilir. Bir laboratoriya mərkəzi olaraq biz maddi-texniki bazamız əsasında bütün müraciət edən pasiyentlərin laborator nəticələrinin işlənilib TƏBİB-ə düzgün məlumatın zamanında ötürülməsinə dəstək göstəririk. Mərkəzimizə iyunun 18-də müraciət edən M.S. adlı pasiyentimizdən biomaterial götürülüb və təxminən 24 saat sonra (19 iyun 18:18-də) əməkdaşlarımız tərəfindən nəticə pasiyentə təqdim olunub. TƏBİB-ə pasiyentin pozitiv olması haqqında məlumat isə 19 iyun 17:40-da artıq yönləndirilib.

Pasiyentə yazılı nəticə verilmədən öncə artıq TƏBİB-ə pasiyentin pozitiv nəticəsi və əlaqə məlumatları bizim əməkdaşlarımız tərəfindən yönləndirilmişdi. Lakin, təəssüflə qeyd etmək istərdik ki, Mərkəzimizin qeydiyyat əməkdaşı tərəfindən texniki səhvə yol verilib və pasiyentə nəticəsi ‘’Neqativ’’ kimi çap olunaraq təqdim olunub. Bir tibb mərkəzi olaraq üzərimizə düşən bu məsuliyyəti anlayaraq bildiririk ki, həmin əməkdaşımız lazimi qaydada cəzalandırılacaq. Pasiyentimizə dünən təqdim olunan neqativ cavab əsasında onun rahat şəkildə ailə üzvləri və yaxınları ilə birlikdə yaxın təmasda olduğunu isə bir aydınlıq gətirmək istərdik ki, bəli pasiyent neqativ nəticə təqdim olunduğu üçün rahat hərəkət etməyinə baxmayaraq, hər bir halda TƏBİB-ə verdiyimiz məlumata əsasən pozitiv çıxan pasiyentin son iki həftədə ətrafında olan insanlardan mütləq şəkildə COVID-19 testi götürüləcək. Hər bir halda pasiyentin ətrafında yoluxan insan varsa bunlar da zamanında aşkarlanacaqdı, bunda sonra isə vətəndaş təyin olunan müalicə müəssisəsinə yönləndiriləcək”.

Mövzu ilə bağlı TƏBİB-dən “MediaPost"a bildirilib ki, qeyd edilən şəxsin COVID-19 testinin nəticəsi pozitivdir:

“Məsələ laboratoriya ilə aydınlaşdırılıb. Həmin vətəndaşın testinin nəticəsi pozitivdir və onun müvafiq nəticəsi TƏBİB-in ümumi databazasına daxil edilib. TƏBİB tərəfdən həmin vətəndaşla bağlı müvafiq prosedurlar həyata keçiriləcək. Belə ki onun təmasda olduğu şəxslər müəyyənləşdiriləcək və s. zəruri işlər görüləcək”.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »