Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağac yarpaqları Moskvanın sel sularına qərq olmasına səbəb olub

Moskvada yağan güclü yağış şəhərin kanalizasiya sistemlərini iflic edib və paytaxt selə-suya qərq olub.

Şəhər rəhbərliyi bunu kanalizasiya sistemlərinə dolmuş ağac yarpaqları ilə izah edib. Bizimyol.info RİA Novosti-yə istinadən xəbər verir ki, şəhər merinin müavini Pyotr Biyukov güclü küləyin paytaxtda ağacların yarpaqlarının kanalizasiya sistemlərinə dolması ilə nəticələndiyini bildirib. O bütün sel sularının operativ şəkildə aradan qaldırıldığını bildirib.

Daha öncə Rusiya Hidrometereologiya Mərkəzi paytaxtda iyunun 20-də güclü leysan yağacağı barədə məlumat vermişdi. Leysan yağışları nəticəsində yolları su basıb və bir neçə yol hazırda avtomobillərin hərəkəti üçün bağlanıb.

İlhamə

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı
››› İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Son xəbərlər
Bütün xəbərlər »