Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlin ilk Günəş tutulması başa çatdı

Bu ilin ilk Günəş tutulması hadisəsi başa çatıb.

"Report"un məlumatına görə, tutulma Bakı vaxtı ilə saat 07:46 radələrində başlayıb və saat 13:34-də sona çatıb.

Tutulmanın maksimum həddi saat 10:41-də olub. Təbiət hadisəsi təxminən 5 saat 48 dəqiqə davam edib.

Günəş tutulması Afrika, Cənub-Şərqi Avropa və Asiyada müşahidə edilib. Prosesin halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsi, Pakistanın cənubu, Hindistanın şimalı və Çindən müşahidə etmək mümkün olub. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar halqa görə biliblər.

Qeyd edək ki, Azərbaycan ərazisində Günəş tutulması qismən müşahidə olunub. Tutulma ölkə ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-dək davam edib.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Fransa XİN: “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir”
Son xəbərlər
Bütün xəbərlər »