Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 17 yaşlı gənc anasını qətlə yetirib

Mingəçevirdə 46 yaşlı qadın oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

"Report"un məlumatına görə, hadisə iyunun 21-də saat 5 radələrində şəhərin Yeni Həyat qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə yaşayan Brilyant Hacıyeva evində bıçaqlanaraq qətlə yetirilib. Onun meyiti müayinə edilməsi üçün tibbi ekspertizaya aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs- mərhumun oğlu, 17 yaşlı E.Hacıyev tutularaq istintaqa cəlb olunub. İlkin ehtimala görə, qətl qısqanclıq zəminində törədilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Monitorinqin nəticələri: Müharibə dövründə ən yaxşı işləyən qurum "Azərişıq" idi
Son xəbərlər
Bütün xəbərlər »