Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp ABŞ-a işçi vizalarının verilməsini məhdudlaşdırır

ABŞ prezidenti Donald Tramp xarici vətəndaşlar üçün işçi vizaların verilməsini məhdudlaşdırmaq niyyətini təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə “Fox News” telekanalı bildirib.

"Biz sabah və ya birigün vizalarla bağlı nəyisə elan etməyə hazırlaşırıq", - Tramp deyib. Onun sözlərinə görə, belə qərar "çox insanları xoşbəxt edəcək".

Yeni viza qaydalarında hər hansı istisnaların olub-olmayacağı barədə suala cavabında ABŞ rəhbəri deyib ki, onlar çox az olacaq. O, həmçinin izah edib ki, istisnalar yalnız uzun müddətə gələn müəyyən insanların böyük biznsesi üçün olacaqlar.

“Kifayət qədər sərt istisnalar çox az olacaq”, - Ağ Ev rəhbəri əlavə edib.

Viza elanının detalları haqqında suala cavab verənTramp qeyd edib ki, amerikalılar nəticələrdən razı qalacaqlar.

Qeyd edək ki, Ağ Ev rəhbəri aprelin 22-də koronavirus pandemiyasının təsirinə görə ABŞ-a immiqrasiyanı müvəqqəti qadağan edən fərman imzalayıb. ABŞ liderinin sözlərinə görə, belə tədbir Amerika işçilərinin müdafiəsinə yönəldilib.

Paylaş »
››› "Ərdoğan Məhəmməd peyğəmbərə görə Rasmussenə də veto qoymuşdu"
››› Putinin yaxın dostuna ağır zərbə
››› Ukrayna müharibənin bitməsi üçün iki şərtini açıqlayıb
››› Türkiyənin haqlı tələbi NATO-nu dalana dirəndirib: Ağ Evdən "F-16" açıqlaması
››› Putin uğursuzluğun acığını yüksək rütbəli həbçilərdən çıxır
››› Rusiyada tragikomediya: Pioner və komsomol təşkilatlarını bərpa edirlər
››› Rusiya lazer silahı ilə hədələdi, ardınca bu silahın "nağıl" olduğu üzə çıxdı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »