Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki 17-AA-082 dövlət nömrə nişanlı "Mitsubishi Mirage" markalı avtomobil naməlum piyadanı vurub. Nəticədə piyada hadisə yerindəcə keçinib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.