Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Bütün məsələlərdə olduğu kimi, Qarabağ problemində də qardaş Azərbaycanın yanındayıq”

“Azərbaycan Qarabağ probleminin həllini hansı şəkildə istəyərsə, biz o şəkildə Azərbaycana dəstək verməyə davam edəcəyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Antalyada turizmlə bağlı keçirilən "Yenidən Kəşfet” layihəsinin təqdimatında jurnalistlərin sualların cavablandırarkən bildirib.

Nazir deyib ki, Qarabağ problemi, Azərbaycanın işğal edilmiş torpaqları, sərhədləri və ərazi bütövlüyü məsələlərində Türkiyə hər zaman Azərbaycanın yanında olub: “Qarabağ Azərbaycanındır”.

M.Çavuşoğlu bildirib ki, Qarabağ münaqişəsinin həllində Ermənistan kompromis variantlara razılıq verməyib, əksinə Qarabağda qanunsuz seçkilər keçirib ki, bunu da beynəlxalq ictimaiyyət tanımayıb: “Ermənistan bu təxribatlar əvəzinə, problemin sülh yolu ilə həllinə gəlməlidir. Bütün məsələlərdə olduğu kimi, Qarabağ məsələsində də qardaş Azərbaycanın yanındayıq”.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »