Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk Hava Yolları uçuşları bərpa etdikdən sonra “Eurocontrol” bölgəsində ən çox reys edən hava yolu şirkətidir

Türk Hava Yolları daxili və xarici uçuşlarını bərpa etdikdən sonra “Eurocontrol” (Avropa Hava Nəqliyyatı Təhlükəsizliyi Təşkilatı) bölgəsində ən çox uçuş icra edən hava yolu şirkəti olub.

Dünyada ən çox ölkəyə uçan hava yolu şirkəti olan Türk Hava Yollarının daxili və xarici sərnişin uçuşlarını uğurla bərpa etdikdən sonra keçən həftə Avropada ən çox uçuş icra edən şirkət olduğu bildirildi. 17 iyun 2020-ci il tarixində Türk Hava Yollarının “Eurocontrol” bölgəsində 400 uçuşu olub. Bu, 24 Mart 2020 tarixindən sonra hava yolu şirkətinin ən yüksək göstəricisidir.

“Eurocontrol” Avropa aviasiyasını dəstəkləyən mülki hərbi Pan Avropa təşkilatıdır. Onlar Türkiyənin milli bayraq daşıyıcısının iyun ayının ilk həftəsi İstanbul Hava Limanından 359 uçuş icra etdiyini təsdiq edib.

14 iyun tarixində İstanbul Hava Limanında 3-cü müstəqil uçuş zolağının açılışı Türkiyə aviasiyasının gələcəyi üçün əlamətdar hadisə olduğundan İstanbul Hava Limanında eyni anda 3 təyyarə havalanıb.

Türk Hava Yolları İdarə Heyətinin və Administrativ Komitəsinin sədri İlker Aycı bildirib ki, biz ürəkdən inanırıq ki, dünya bu krizisə qalib gələndə, hava nəqliyyatı həmişəkindən daha da yaxşılaşacaq:

“Qitələr, insanlar və mədəniyyətlər arasında körpü quran qonaqpərvərliyimiz ilə sizləri Türk Hava Yolları təyyarə göyərtəsində qarşılamaqdan məmnunluq duyacağıq. Müştərilərə yanaşma tərzimizi yeni normal standartlara təmamilə uyğunlaşdırmışıq”.

Fəaliyyətin yenidən başlaması ilə birlikdə, Türk Hava Yolları həmçinin yeni Təhlükəsiz Səyahət Tövsiyyələri və sərnişinlərin sağlamlığını qorumaq üçün iki yeni təyyarəiçi xidmət elan edib. Türkiyə bayraq daşıyıcısı sərnişinlərinə elmi datalar əsas götürülərək hazırlanan və tərkibində üz üçün maska, dezinfeksiyaedici və antiseptik dəsmalın yer aldığı Gigiyena Dəstləri təqdim edir. Bununla yanaşı, uçuşlarda təyyarədə gigiyenanı təmin etmək və sərnişinlərin sağlam səyahəti üçün sosial məsafə qaydalarına əməl edilməsini təmin edən Gigiyena Eksperti təyyarə bələdçiləri olur.

Türk Hava Yolları təyyarələri hər uçuşdan öncə təmizlənmə metodları ilə dezinfeksiya edilir. Bütün təmas nöqtələrinin insan sağlamlığı üçün təhlükəsiz olan və effektivliyi elmi cəhətdən sübutlanmış olan kimyəvi maddələr vasitəsi ilə dəqiqliklə təmizlənməsi sayəsində təyyarədə gigiyena təmin olunur. Oturacaqlar, pəncərələr, ekranlar və tualetlər üçün xüsusi avadanlıqlar və kimyəvi maddələr istifadə edilir.(oxu.az)

Paylaş »
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »