Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağ" mükafatlandırılıb

Bu gün Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün çempionu olan “Qarabağ” klubu mükafatlandırılıb.

Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, “Azersun Arena”da baş tutan tədbir koronavirus pandemiyası ilə əlaqədar olaraq qapalı keçirilib.

Tədbirdə “Qarabağ” klubunu vitse-prezident Tahir Gözəl, direktor Əmrah Çelikəl, baş menecer Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov, kapitan Rəşad Sadıqov və mövsümün bombardirlərindən olan Mahir Emreli təmsil edib.

Təqdimetmə zamanı əvvəlcə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək “Qarabağ”ı növbəti çempionluq münasibəti ilə təbrik edib, Çempionlar Liqasında uğurlar arzulayıb. Çıxışın ardından Mahir Emreli mövsümün bombardiri üçün hazırlanmış xüsusi mükafata sahib çıxıb.

I divizionun bombardiri olan Musa Qurbanlı isə tədbirdə iştirak etmədiyi üçün onun mükafatı məşqçisi olmuş Rəşad Sadıqova verilib. Qeyd olunan şəxslər medallarını əldə etdikdən sonra sonda PFL prezidenti çempionluq kubokunu kapitan Rəşad Sadıqova təqdim edib.

Sadıqov və Emrelinin kuboku götürdükdən sonra boş tribunalar önünə gedib, bir növ onları azarkeşlərlə bölüşüb. Bu davranış kubokun qazanılmasında azarkeşlərin rolunu əks etdirən simvolik mesaj olub.

Qeyd edək ki, komandanın digər üzvlərinin medalları Ağdam klubunun rəhbərliyinə təqdim olunub.

Son xəbərlər
Bütün xəbərlər »