Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni İpək Yolunda yük daşımalarına icazələr sistemi ləğv oluna bilər

Belarus hökuməti Yeni İpək Yolu boyu avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarındakı icazələr sistemini ləğv etmək təşəbbüsünü irəli sürüb.

“BelTA” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Vladimir Makey “Bir kəmər, bir yol” ("Belt and Road") təşəbbüsü çərçivəsində keçirilən videokonfransda bildirib.

“Biz beynəlxalq avtomobil daşımalarında icazələr sistemini aradan qaldırmalıyıq. Belədə nəqliyyat logistika fəaliyyətinin inkişafına əlavə təkan qazandırılar”, - nazir qeyd edib.

Belarus hökuməti həmçinin ölkələr arasında, xüsusilə də Çindən Avropaya rəqəmli nəqliyyat dəhlizlərinin inkişafını da zəruri hesab edir.

“Müasir peyk naviqasiyası vasitələrini işə salmaqla biz gömrük və s. rəsmiləşdirmə işlərini azaldaraq daşıma müddətini 4-5 gün azalda bilərik”, - V.Makey vurğulayıb.

Həmçinin “Bir kəmər və bir yol” təşəbbüsündə iştirak edən ölkələr arasında infrastruktur zəncirinin zəruri olduğu da diqqətə çatdırılıb: “Sərhədlərdəki dəmir yolu stansiyalarını, avtomobil yollarını, körpüləri, multimod daşımalarını xüsusi olaraq təkmilləşdirməliyik. İnfrastrukturun uzlaşdırılması əməkdaşlıq vasitəsilə inkişafın vacib şərtidir”.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »