Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda "SS" dövləti: Demokratiya unuduldu, klanların döyüşü başladı

Ermənistanda klanlar arasında hakimiyyət uğrunda amansız mübarizə gedir. Keçmiş hərbi cinayətkarlar və onlara yaxın dairələr hökumətə qarşı fəal aksiyalara başlayıblar. Ermənistan hakimiyyəti də tədricən xalq arasında nüfuzunu itirdiyi üçün qorxudan kəskin tədbirlərə əl atır. Paşinyan kamandası elan etdiyi demokratiya və demokratik dəyərləri unudaraq siyasi rəqiblərinə qarşı polis hücumlarına başlayıb, onlara cinayət işi açıb.Bununla da Ermənistanın mahiyyəti bir daha nümayiş etdirilib.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan parlamentinin deputatı, beynəlxalq məsələlər üzrə mütəxəssis Asim Mollazadə Ermənistanda son bir həftə ərzində baş verən hadisələr, ana müxalifət partiyasının Paşinyan hökumətini istefaya çağırması və keçirilən mitinqlər haqqında danışarkən deyib.

Asim Mollazdəyə görə, Ermənistan hakimiyyəti ideoloji olaraq "SS" dəyərləri üzərində qurulub: “Həm hakimiyyət, həm də müxalifət fakitiki olaraq bu ideologiya əsasında fəaliyyət göstərir. Bu faktoru önə sürərək demək olar ki, əslində Ermənistanın aydın gələcəyi yoxdur.

Təcavüz üzərində, başqa ölkələrin ərazilərini işğalı, mülki insanların amansız şəkildə öldürülməsi məhz bu dövlətin həyata keçirdiyi siyasət olub.

Ermənistan indi də baza kimi istifadə olunur, əhalidə klanlar arasında ümumi faşist ideologiyasına əsaslanaraq mübarizə aparır. Odur ki, bu gün Ermənistanda baş verən hadisələr təbii haldır və gələcəkdə daha faciəvi proseslərə aparıb çıxaracaq”.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Fransa XİN: “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir”
Son xəbərlər
Bütün xəbərlər »