Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp bu dəfə polisləri tənqid etdi

ABŞ Prezidenti Donald Tramp Vaşinqton polisini vəzifələrini yerinə yetirməməkdə günahlandırıb.

Virtualaz.org bildirir ki, Tramp bu barədə "Twitter" hesabında yazıb.

Onun yazdığına görə, polislər etirazçıların ordu generalı Albert Paykın abidəsinin dağıdılmasına və yandırılmasına reaksiya verməyiblər: "Vaşinqton polisi öz vəzifəsini yerinə yetirmir. Onlar heykəlin aşırılmasını və yandırılmasını seyr etdilər. Bu insanlar dərhal saxlanılmalıdır. Ölkəmiz üçün utancvericidir".

Xatırladaq ki, Minneapolisdə asayiş keşikçisinin Corc Floydu öldürülməsindən sonra yaşanan iğtişaşlar fonunda ABŞ Prezidenti üç gün əvvəl polis əməkdaşları tərəfindən hüquqazidd əməllərin aşkar edilməsi və departamentlərin bu istiqamətdə fəaliyyətinin stimullaşdırılması tədbirlərinin həyata keçirilməsini nəzərdə tutan fərman imzalayıb.

Tramp həmin fərmanın imzalanması ilə bağlı Ağ Evdə bəyanatla çıxış edərkən polisi tərifləmiş və demişdi ki, polis təşəkkürə layiqdir. Bununla bərabər, o qeyd etmişdi ki, qanun və qayda bütün ölkədə bərpa olunmalıdır və onun administrasiyası bunun üçün nə mümkündürsə edəcək.

Doğrudur, Tramp administrasiyasının fərmanında polisin maliyyələşdirilməsinin azaldılması nəzərdə tutulmur. Amma bu cür çağırışlar ümummilli etiraz hərəkatı tərəfindən dəstəklənir. Prezident bəyan etmişdi ki, polis zabitinin həyatı təhlükədə olduğu hallar istisna olunmaqla polislər tərəfindən boğma fəndlərinin tətbiq edilməsi qadağan olunacaq.

Paylaş »
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »