Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə İŞİD və PKK-ya qarşı əməliyyatlar

Türkiyə polisinin İŞİD və PKK terror təşkilatlarına qarşı keçirdiyi antiterror əməliyyatları nəticəsində 35 nəfər saxlanılıb.

Azərtac bildirir ki, Ankara Baş Prokrorluğunun İŞİD-ə qarşı açdığı cinayət işi əsasında 24 nəfər həbs olunub. Saxlanılanların 4-ü türkiyəli, 18-i iraqlı, 2-si suriyalıdır.

Daha bir antiterror əməliyyatı isə PKK terror təşkilatının gənclik bölməsinə qarşı keçirilib. Mərkəzi Diyarbəkirdə olmaqla İstanbul, Konya, Mardin və Tunceli şəhərlərində eyni vaxta keçirilən əməliyyatlarda barələrində həbs qətimkan tədbiri seçilən 14 şübhəlidən 11-i yaxalanıb.

Türkiyə Silahlı Qüvvələri isə İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatında PKK-ya ağır zərbə vurub. Bildirilir ki, “Pəncə-Qaplan” adı ilə davam edən bu əməliyyat başlanandan bəri PKK-ya məxsus 700-dən çox hədəf, o cümlədən 150 mağara dağıdılıb, 160 partlayıcı zərərsizləşdirilib.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Paşinyan Putini Yerevanda necə təhqir etdi
Son xəbərlər
Bütün xəbərlər »