Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB: Koronavirus testinin nəticəsinin bir ay təhlükəsiz olacağı fikri elmi cəhətdən əsassızdır

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Türkiyədə koronavirusla bağlı test verdikdən sonra bir ay digər bölgələrə gedə bilmək praktikasının Azərbaycanda tətbiqinin mümkünlüyünə münasibət bildirib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, bizdə hazırda koronavirusla bağlı iki zona var, klastrlar arasında da hərəkət məhdudiyyəti yoxdur: “Yəni sarı zonaya aid bölgələrdə vətəndaşlar üçün hərəkət məhdudiyyəti tətbiq olunmayıb”.

Onun sözlərinə görə, məhdudiyyət yalnız sarı və narıncı zonalar arasındadır: “Ölkə daxilində artıq Naxçıvanla uçuşlara da başlanılıb, bu praktikadan istifadə edirik. Yəni hazırda Naxçıvana yola düşən hər vətəndaş Bakıda test olunduqdan sonra Naxçıvana gedir. Koronavirus testinin nəticəsinin bir ay təhlükəsiz olacağı elmi cəhətdən əsassızdır. Koronavirus testi burun-udlaqdan götürülür, xəstəliyin ilk günlərində aşkarlanır. Biz ona görə 14 günlük karantin deyirik ki, bir insan test bu gün neqativ olub, 5-6 gün sonra pozitiv çıxa bilər. Ona görə də fikrimcə bir aylıq müddət əsassızdır”.

Paylaş »
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
Son xəbərlər
Bütün xəbərlər »