Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Antonio Quterreş: Bu ölkələrə minnətdarlıq, dəstək və maddi kömək borcumuz var

BMT-nin baş katibi Antonio Quterreş Ümumdünya Qaçqınlar günü ilə bağlı videomüraciət edib.

Bizimyol.info xəbər verir ki, təşkilatdan verilən məlumatda bilririlir ki, baş katib müraciətində qeyd edib ki, dünyada təxminən 80 milyon qadın, uşaq və kişi qaçqın və ya məcburi köçkün vəziyyətinə düşərək, evlərini tərk etmək məcburiyyətində qalıblar:

"Təkcə ötən il ərzində bu sıralara on milyon insanın qatılması daha şokedici faktdır.

Ümumdünya Qaçqınlar Günündə bu dəhşətli rəqəmə səbəb olan münaqişələrə və təqiblərə son qoymaq üçün əlimizdən gələni etməyi öhdəmizə götürürük.

Bu gün biz həmçinin iqtisadi və təhlükəsizlik sahələrində problemlərinin olmasına baxmayaraq, qaçqınları qəbul edən icmaların və ölkələrin səxavətliliyi və humanistliyini yüksək dəyərləndiririk.

Bu ölkələrə minnətdarlıq, dəstək və maddi kömək borcumuz var.

Biz hamımız Qaçqınların Beynəlxalq Müdafiəsi rejiminin bütövlüyünü yenidən qurmalı və Qaçqınlar üzrə Qlobal Forumda üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməyə çalışmalıyıq ki, qaçqınlar və onları qəbul edən icmalar lazımi dəstəyi alsınlar.

Bu il COVİD-19 pandemiyası əhalinin ən həssas təbəqəsi olan qaçqınlar və məcburi köçkünlər üçün əlavə təhlükə yaradır.

COVİD-19 pandemiyası və insanların hərəkətinə dair son analitik icmalımda hökumətləri bu insanların pandemiyaya qarşı bütün cavab və bərpa tədbirlərində iştirakını təmin etməyə çağırdım.

Pandemiya ilə mübarizənin ön cəbhəsində fəal iştirak edənlər arasında qaçqınlar və məcburi köçkünlər də var.

Banqladeşdəki düşərgələrdən tutmuş Avropadakı xəstəxanalara kimi qaçqınlar hər yerdə tibb bacısı, həkim, alim, müəllim və digər vacib vəzifələrdə çalışırlar. Bununla onlar özlərini qoruyurlar və onları qəbul edən icmalara borclarını qaytarırlar.

Ümumdünya Qaçqınlar Günündə qaçqınlara öz həyatlarını yenidən qurmaq və onların ətrafındakı insanların həyatlarını yaxşılaşdırmaq üçün nümayiş etdirdikləri bacarıq və qətiyyətlərinə görə təşəkkür edirik.

Bu gün və hər zaman qaçqınlarla bağlı birik və həmrəyimizi nümayiş etdiririk, habelə müharibə və təqiblərdən qaçanlara sığınacaq verməyi əsas vəzifəmiz hesab edirik".

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »