Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB-in şöbə müdiri: “Koronavirusa yoluxanların yenidən bu virusa yoluxması barədə dəqiq söz demək mümkün deyil"

"Koronavirusa yoluxanların yenidən bu virusa yoluxması ilə bağlı dəqiq bir söz söyləmək mümkün deyil”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, Azərbaycanda hazırda bu xəstəliyi keçirmiş insanlarda seroloji testlər aparılır: “Bu, xəstəliyi keçirmiş insanlarda immunitetin yaranıb-yaranmamasını üzə çıxarmaq üçündür. Ancaq pnevmoniya ağır haldır. Ona görə də bunu keçirmiş insanlar özlərini qorumalıdır. Koronavirusa ikinci dəfə yoluxma ilə bağlı dünya təcrübəsində az hal var”.

Paylaş »
››› "Ərdoğan Məhəmməd peyğəmbərə görə Rasmussenə də veto qoymuşdu"
››› Putinin yaxın dostuna ağır zərbə
››› Ukrayna müharibənin bitməsi üçün iki şərtini açıqlayıb
››› Türkiyənin haqlı tələbi NATO-nu dalana dirəndirib: Ağ Evdən "F-16" açıqlaması
››› Putin uğursuzluğun acığını yüksək rütbəli həbçilərdən çıxır
››› Ərdoğan "yox", Bayden isə “yaxşı olacaq” deyir
››› "Vaxtı keçmiş məhsulları "bəzəyib" satışa qaytarırlar"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »