Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB-in şöbə müdiri: “Virus bölgə, sərhəd, yaş tanımır”

“Sosial məsafə və əl gigiyenasına xüsusi diqqət yetirilməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y.Qarayeva deyib ki, Bakı ilə müqayisədə rayonlarda, bölgələrdə insanlar ümumiyyətlə, virus yoxdur kimi hərəkət edirlər: “Virus bölgə, sərhəd, yaş tanımır. Virusun yaşaması üçün bizim hüceyrələrimizə ehtiyac yoxdur”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu gün COVID-19 mutasiyaya uğrayır: “Bu gün aprel və may ayları ilə müqayisədə xəstələr fərqlidir, ağırlaşmalar çoxdur. Orta və cavan yaşlı xəstələrimizdə ciddi ağırlaşma ilə müşahidə olunan hallar görürük”.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »