Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Robert Köçəryan azadlığa buraxılıb

Ermənistanın sabiq prezidenti Robert Köçəryan azadlığa buraxılıb və o, artıq evindədir.

APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, bunu sabiq prezidentin vəkillərindən biri olan Aram Orbelyan deyib.

"İyunun 19-da girov ödənildi və Köçəryan sərbəst buraxıldı", - deyə vəkil vurğulayıb.

Qeyd edək ki, Ermənistan Apelyasiya Məhkəməsi R. Köçəryanın 2 milyard dram müqabilində azadlığa buraxılması barədə qərar qəbul edib.

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində R. Köçəryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında R. Köçəryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apelyasiya Məhkəməsi keçmiş prezident R. Köçəryanın həbsi ilə bağlı qərar qəbul edib. O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.

Paylaş »
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Paşinyan: “44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
Son xəbərlər
Bütün xəbərlər »