Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda mənzildə üzərində xəsarətlər olan meyit tapılıb

İyunun 19-da saat 14 radələrində paytaxtın Xətai rayonu, Sarayevo küçəsində yerləşən 13B nömrəli binanın 73 nömrəli mənzilində bədəni üzərində deşici-kəsici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyit aşkar olunması barədə məlumat daxil olmuşdur.

Xətai rayon prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış ilkin araşdırmalarla meyitin 1992-ci il təvəllüdlü Məmmədov Boran Səbuhi oğluna məxsus olması müəyyən edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuşdur,

İlkin istintaqla hadisənin qeyd olunan ünvanda kirayədə yaşayan 1984-cü il təvəllüdlü Kənan Abdurahmanov tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Kənan Abdurahmanov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »