Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda polis qardaşını qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb

Bakıda qardaşını qətlə yetirməkdə ittiham olunan Araz Ramazanovun barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndririlən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 29-na təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin fevralın 24-də Nərimanov rayonu, M.Nağıyev küçəsi 3, mənzil 1-də qeydə alınıb.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Araz Ramazanov mübahisə zəminində qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Qeyd edək ki, Anar Ramazanov Nəsimi rayon Pollsi İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşı olub.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Araz Ramazaonov saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində yaranan mübahisə zəminində baş verdiyi bildirilir.

İstintaq orqanı tərəfindən Araz Ramazanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adanm öldürmə) maddəsi ilə ittiham elan edilib.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »