Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Onlayn dərslərin səmərəsi ilə bağlı valideynlər arasında fikir ayrılığı var

Pandemiya dövründə online qaydada keçilən dərslərlə bağlı fikir ayrılığı var. Bir qrup dərslərin bu şəkildə keçirilməsini səmərəsiz hesab edir.

Xüsusən özəl məktəb-liseylərdə təhsil alan şagirdlərin valideynlərinin bir qismi düşünür ki, pandemiya dövrünə təsadüf edən müddət üçün ödənişlər ya ləğv olunmalı, ya da güzəşt edilməlidir.

Bir sıra valideynlər də var ki, onlar keçilən dərslərin səviyyəsindən, keyfiyyətindən razı qalıblar, hətta buna görə minnətdarlıq da edirlər. Məsələn, Xəzər universitetinin nəzdindəki Dünya Məktəbində təhsil alan şagirdlərdən bir qrupunun valideyni məktəbin təsisçisi Nailə İsayevaya məktub göndərib.

“Təşəkkür edirik ki, koronavirus pandemiyası ilə əlaqədar karantin rejimində onlayn qaydada dərslər təşkil edib, övladlarımızın təhsil almasına şərait yaratmısınız. Məktəb tərəfindən təşkil olunan dərslərin vaxtı və keyfiyyətilə bağlı heç bir narazılığımız olmadı. Əksinə, qısa müddətdə yeni formada təşkil edilən dərslərin keyfilyyətli bizi qane etdi. Dərslər onlayn keçirilsə də, övladlarımız məsuliyyətlə, ciddi yanaşdılar. Övladlarımızın tədris proqramından geri qalmaması üçün gördüyünüz işlərə görə təşəkkür edirik”,- deyə məktubda bildirilir.

Dünya Məktəbində təhsil alan bir neçə şagirdin valideyni bugünlərdə media vasitəsilə yayımladıqları birgə müraciətlərində təhsil haqqı ödənişində cəmi 300 manat güzəşt edilməsindən narazılığını bildirmişdi.

Məktəb rəhbərliyinə məktub yazan valideynlər isə onların fikrini bölüşmədiklərini bildirir: “O müraciətdə yazılanların heç biri ilə razı deyilik”.

Məktubu valideynlərdən Ceyhun Məmmədov, Elçin Mustafayev, Qabil Həsənov, Rauf Atakişiyev, Nəriman Rəhimov, Atəş Hüseynov, Şəlalə Hüseyn, Pərvin Məcidova və digərləri imzalayıb.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
Son xəbərlər
Bütün xəbərlər »