Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa və ABŞ ÜST-ün yenidən qurulması planı üzərində çalışır

Avropa Birliyi və ABŞ Ümumdünya Səhiyyə Təşkilatının yenidən strukturlaşdırılması üzərində iş aparırlar.

Musavat.com xəbər verir ki, bununla bağlı yüksək rütbəli məmurlardan biri informasiya verib.

Onun sözlərinə görə, qoca qitənin aparıcı dövlətləri artıq ABŞ-ın təşkilatı tərk etmə səbəblərini ciddiyə almağa, hətta bununla bağlı narahatlıq duymağa başlayıblar.

AB rəsmisi məsələ ilə əlaqədar Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və ABŞ arasında texniki səviyyədə müzakirələr aparıldığını təsdiqləyib.

Onun sözlərinə görə, burada əsas məqsəd ÜST-ün müstəqilliyini təmin etməkdən ibarətdir:

“Biz bunun üçün təşkilatın fövqaladə vəziyyətlərin idarəsi mexanizmini hər hansı bir dövlətin təsirindən qorumağı düşünürük”.

Avropa rəsmisi bundan başqa ÜST-ün maliyyələşməsi sisteminin dəyişdiriləcəyini və onun daha uzunmüddətli hala gətiriləcəyini bildirib.

Hazırkı anda Səhiyyə təşkilatı iki illik büdcə ilə, habelə bir sıra ölkələrdən gələn donorlarla fəaliyyət göstərir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bunu əsas göstərərək və ÜST-ün daha çox Çinin əmrləri ilə hərəkət etdiyni deyərək ölkəsinin təşkilatdakı üzvlüyünə xitam vermişdi.

Bu vaxta qədər Avropa ölkələri koronavirus günlərində ÜST-ü Vaşinqtonun qəzəbindən qorumağa çalışıblar. AB-nin əvvəlki mövqeyi bundan ibarətdir ki, təşkilat daxilində aparılacaq istənilən islahat yalnız koronavirus böhranına göstəriləcək reaksiyanın dəyərləndirilməsindən sonra baş tuta bilər. Lakin göründüyü kimi, artıq Avropanın aparıcı dövlətləri mövqelərini ABŞ-a yaxınlaşdırıblar və onlar Ümumdünya Səhiyyə Təşkilatının yeni prinsiplərlə qurulmasını istəyirlər.

Son xəbərlər
Bütün xəbərlər »