Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elmar Məmmədyarovla surinamlı həmkarı arasında telefon danışığı olub

Xarici İşlər naziri Elmar Məmmədyarovla Surinam Respublikasının xarici işlər naziri Yldiz Pollak Beigle arasında telefon danışığı olub.

XİN-dən verilən məlumata görə, qarşı tərəfin təşəbbüsü ilə baş tutan danışıq zamanı nazirlər mövcud qlobal vəziyyətə toxunaraq ümumdünya sağlamlıq böhranı ilə mübarizə çərçivəsində iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar və bu xüsusda, qarşılıqlı dəstək və həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Surinam Respublikasının Xarici İşlər naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə COVID-19 virusuna qarşı mübarizəyə həsr edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəklədiyini bildirib.

Tərəflər ikitərəfli münasibətlərin daha da inkişafı perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs ediblər və bu istiqamətdə birgə səylərin artırılmasına dair razılıq ifadə edilib.

Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları, həmçinin bu sahədə mütəxəssislərin hazırlanmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Nazir Yldiz Pollak Beigle Azərbaycan ilə Surinam arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırıb və Bakıya səfəri zamanı ADA Universitetində tanışlığını məmnunluqla xatırlayıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. (Report.az)

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Erməni keşişlər Xudavəngdə alban-udilərin ibadətinə mane olmağa cəhd edib - Video
››› Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi
Son xəbərlər
Bütün xəbərlər »